İƏT Əfqanıstanda insan hüquqlarına riayət edən hakimiyyəti dəstəkləyir
Tarix: 29-11-2021 10:53 | Bölmə: Dünya
İƏT Əfqanıstanda insan hüquqlarına riayət edən hakimiyyəti dəstəkləyir

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər Əfqanıstanda qadınlar da daxil olmaqla, xalqın bütün təbəqələrinin əsas insan haqlarını müdafiə edən mövcud siyasi sistemi dəstəklədiklərini bəyan ediblər.

“Neytral Türkmənistan” rəsmi qəzetində dərc olunmuş məlumatda deyilir ki, bu məsələ ilə bağlı ötən gün İƏT-in 15-ci Sammitində Aşqabad Konsensusu qəbul edilib. Sənəddə deyilir ki, İƏT Əfqanıstanda sülh və sabitliyin bütün region üçün vacibliyini qəbul edir və bu ölkənin dayanıqlı inkişafı yönündə milli, regional və qlobal səyləri daim dəstəkləyəcək.

Məqalədə həmçinin İƏT-in hazırda Əfqanıstanda yaşanan ağır hümanitar vəziyyətlə bağlı dərin narahatlığı, eləcə də əfqan xalqının bütün təbəqələrinin əsas insan hüquqlarını təmin edən siyasi sistemi dəstəklədiyi qeyd olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər