Saakaşvilinin məhkəməsində qarşıdurma yaranıb, 15 nəfər saxlanılıb - Yenilənib
Tarix: 29-11-2021 14:43 | Bölmə: Dünya
Saakaşvilinin məhkəməsində qarşıdurma yaranıb, 15 nəfər saxlanılıb

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin işi üzrə məhkəmənin keçirildiyi Tbilisi Şəhər Məhkəməsi ətrafında etiraz aksiyası keçirilir.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, polis və iştirakçılar arasında qarşıdurmalar baş verib.

Yerli mətbuatın yaydığı məlumatlara əsasən, etirazçılara qarşı istiotlu sprey tətbiq olunub.

İnsident zamanı bir neçə nəfərin saxlanıldığı bildirilir. Hazırda vəziyyət gərgin olaraq qalır. 

M.Saakaşvilinin iştirak etdiyi məhkəmə iclasına yalnız yerli "Birinci Kanal"ın heyəti buraxılıb. Siyasətçinin vəkillərindən biri Şota Tutberidze bir neçə dəqiqə ərzində feysbuk səhifəsi üzərindən canlı yayım apara bilib.

***

Tbilisi Şəhər Məhkəməsinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı 15 nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər polisin qanuni tələbinə əməl etməyiblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər