10:09 / 14-05-2024
XİN İsraili təbrik edib
NATO Latviyaya 40 min hərbçi göndərəcək
Tarix: 30-11-2021 08:49 | Bölmə: Dünya
NATO Latviyaya 40 min hərbçi göndərəcək

“Lazım gəlsə, qısa müddət ərzində Latviyaya 40 mindən çox əsgər göndərmək mümkün olacaq”.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Riqada Latviya prezidenti Eqil Levitslə görüşdən sonra bildirib.

"Biz soyuq müharibədən bugünədək ümumi müdafiə sisteminin genişləndirilməsini ardıcıl olaraq həyata keçiririk. Döyüş qrupları Baltikyanı ölkələrdə və Polşada yerləşdirilib. Həm dənizdə, həm də havada mövcudluğumuzu gücləndirmişik. Biz, həmçinin təlimlərdə müttəfiqlərlə sıx əməkdaşlıq edirik”, - Stoltenberq vurğulayıb.

O, qeyd edib ki, NATO Latviya, Litva və Polşa sərhədlərində vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Baltik regionunda müttəfiq qoşunlarının olmasını təmin edəcək.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}