400 ildən sonra respublika elan olunub - Fotolar
Tarix: 30-11-2021 11:01 | Bölmə: Dünya
400 ildən sonra respublika elan olunub

1996-cı ildə müstəqilliyini elan edən, amma Kraliça II Yelizavetin hökmdarlığının sürdüyü Karib dənizindəki Barbados adasında respublika elan olunub.

Reyting.az
xəbər verir ki, respublika elan olunan Barbadosda Kraliça Yelizavetin yerini Sandra Mason tutub.

Ehtimal olunur ki, xanım Mason əslində Baş nazir Mia Mottleyin arxasında simvolik fiqur kimi ortaya çıxarılıb.

İndiyə qədər kraliçanın Badbados adasındakı rəsmi təmsilçisi Mason yeni respublika elan olunan Barbadosun parlamenti tərəfindən seçilib.



Qeyd edək ki, II Yelizavetin dövlət başçısı kimi səlahiyyətini Barbadosda yekunlaşması əslində kemiş ingilis koloniyasının 400 ilkdən sonra bağlarından qopma mənasını verir.

Onu da diqqətə çatdıraq ki, 300 min əhalisi olan adada respublika elan olunması xüsusi sevinclə qarşılanıb.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər