Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Paşinyanla görüşüb
Tarix: 30-11-2021 16:46 | Bölmə: Dünya
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Paşinyanla görüşüb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın paytaxtı İrəvanda səfərdədir.

“Sputnik Armeniya” xəbər verir ki, o, Baş nazir Nikol Paşinyanla regional məsələləri müzakirə edib.

Eyni zamanda dekabrda Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti ilə bağlı məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Nikol Paşinyan Ermənistan - Avropa İttifaqı əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib və ikitərəfli münasibətlərin inkişafı kontekstində "Şərq Tərəfdaşlığı" sammitinin əhəmiyyətini qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər