Çavuşoğlu: “Rusiyaya qarşı sanksiyalar problemi həll etməyəcək”
Tarix: 01-12-2021 12:30 | Bölmə: Dünya
Çavuşoğlu: “Rusiyaya qarşı sanksiyalar problemi həll etməyəcək”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Rusiyaya qarşı sanksiyaları dəstəkləmədiyini açıqlayıb.

"RİA Novosti” xəbər verir ki, o bu barədə Riqada NATO ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Fikrimizcə, Rusiyaya qarşı sanksiyalar problemi keçmişdə həll edə bilmədiyi kimi, indi də həll etməyəcək. Biz bir sıra ölkələrə, bəzən Türkiyəyə qarşı da sanksiyaların tətbiq olunduğunu görmüşdük. Amma bu problemi həll etmir. Yalnız sanksiyalarla biz Ukraynaya yaxud digər ölkəyə yardım edə bilməyəcəyik”,- deyə o söyləyib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər