Türkiyə daha bir şəhid verib
Tarix: 03-12-2021 22:09 | Bölmə: Dünya
Türkiyə daha bir şəhid verib

Türkiyənin Tunceli əyalətində “Eren Kış-6” əməliyyatı zamanı terrorçularla atışma olub.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu özünün tviterdəki hesabında bildirib.

O, qeyd edib ki, Ovacıq çölündə mağarada keçirilən əməliyyat zamanı baş verən atışma zamanı bir jandarm əməkdaşı ağır yaralanıb. Göstərilən tibbi yardıma baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib, bir nəfər təslim olub.

Mağarada sıxışdırılan terrorçulara qarşı əməliyyat davam edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər