Ərdoğanın iştirak edəcəyi tədbirdə terror törətmək istəyiblər
Tarix: 05-12-2021 08:30 | Bölmə: Dünya
Ərdoğanın iştirak edəcəyi tədbirdə terror törətmək istəyiblər

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda terror aktının qarşısı alınıb.

Türkiyə mət
buatı xəbər verir ki, Nusaybindəki Çevik Polis Alayında xidmət edən zabitlərdən birinin şəxsi avtomobilinin altına yerləşdirilmiş əldədüzəltmə bomba zərərsizləşdirilib.

Bombanın üzərindəki əl izləri götürülüb və digər sübutlarla birlikdə cinayətkarın axtarışına başlanılıb.

Məlumata görə, məqsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Siirt şəhərində keçirilən mitinqdə terror aktı törətmək olub.



Qeyd edək ki, Mardin və Siirt qonşu vilayətlərdir. Avtomobilinin altına bomba yerləşdirilmiş zabit Siirtdəki mitinqin təhlükəsizliyinə təhkim olunmuş şəxslərdən biridir və ehtimala görə, terrorçular əvvəlcədən bundan məlumatlı olublar. Bombanın zərərsizləşdirilməsi böyük faciənin qarşısını alıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Həmzə Dağ isə “CNN Türk”ə bildirib ki, Mardində xidmətə çıxan polis əməkdaşının maşınının altına partlayıcı qurğunun qoyulmasında məqsəd Siirtə gələndə onu işə salmaq planlaşdırılıb. Məqsəd mitinqi, sabitliyi pozmaq olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}