İndoneziyada vulkan püskürməsi: ölənlərin sayı 22-yə çatıb
Tarix: 06-12-2021 17:36 | Bölmə: Dünya
İndoneziyada vulkan püskürməsi: ölənlərin sayı 22-yə çatıb

Dekabrın 4-də İndoneziyanın Yava adasındakı Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb, daha 20 nəfər itkin düşüb.

TASS xəbər verir ki, aşkar edilmiş cəsədlərdən 5-nin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Yava adasının ən hündür zirvəsi (3676 m) və ölkənin 130 ən aktiv vulkanından olan Semeru vulkanın püskürməsi zamanı daha əvvəl 27 nəfərin itkin düşdüyü, 50-dən çox insanın xəsarət aldığı bildirilirdi/Report.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}