12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Maqsud Mahmudovun məhkəməsi: "Anamdan qalan qızıl saatı hələ də ala bilmirəm"
Tarix: 14-03-2022 13:16 | Bölmə: Dünya
Maqsud Mahmudovun məhkəməsi: "Anamdan qalan qızıl saatı hələ də ala bilmirəm"

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində tanınmış 10-a yaxın şəxs ifadə verib.

Zərərçəkmiş Nadir Mahmudov ifadəsində bildirib ki, anasından yadigar qalmış qızıl saatı Yasamal rayonu ərazisində yerləşən lombarda qoysa da, hələ də geri ala bilməyib: "Həmin saata görə 3 il faiz ödənişəm. O saat mənə anamdan qalıb, ona görə də mənə onun dəyəri də lazım deyil".

Maqsud Mahmudov isə həmin saatın ödənişinin gec çatdığına görə satışa çıxarılmış ola biləcəyini deyib.

İfadə verən digər zərərçəkmişlər isə Maqsud Mahmudova məxsus lombarda müxtəlif əyarlı qızıllar qoyduqlarını, polisə müraciət etdikdən sonra isə hamısını geri aldıqlarını deyiblər.

Proses martın 16-da davam etdiriləcək/APA.

Qeyd edək ki, M. Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər