12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
XİN: "İran üçün qonşu ölkələrdən təhlükə və hədə qəbuledilməzdir”
Tarix: 14-03-2022 13:39 | Bölmə: Dünya
XİN: "İran üçün qonşu ölkələrdən təhlükə və hədə qəbuledilməzdir”

“İran üçün qonşu ölkələrdən təhlükə və hədə qəbuledilməzdir”.

Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında İraqda baş verən son hadisələrlə bağlı açıqlama verərkən deyib.

Onun sözlərinə görə, İran İraqın mərkəzi hökumətinə dəfələrlə xəbərdarlıq edib ki, sərhədlərin İran üçün təhlükə olmasına icazə verməsinlər: “İran öz sərhədlərinin yaxınlığında ölkənin daxilində təxribat törətmək üçün mərkəzlərin yaradılmasına dözüm göstərməyəcək. İraq hökumətindən gözləntimiz budur ki, bu məsələni birdəfəlik həll etsin”.

Xətibzadə Vyanadakı müzakirələr barədə də danışıb. O bildirib ki, Vyanada qısamüddətli fasilə elan edilib və bunu Hərtərəfli Birgə Fəaliyyət Planının koordinatoru istəyib: “Hazırda sazişin əldə olunması mövqeyində deyilik. Çünki əsas və az sayda bəzi məsələlər həll olunmamış qalır. Vaşinqtonda qərar qəbul olunmalıdır və ABŞ-ın cavabını gözləyirik”.

XİN sözçüsü vurğulayıb ki, bu günə kimi Rusiya və Çinin mövqeyi konstruktiv olub: “Ötən 11 ay ərzində Vyanadakı müzakirələrdə bizə yaxın mövqeyi Rusiya və Çin nümayəndələri sərgiləyib”.

Xətibzadə bildirib ki, ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planının üzvü deyil və bu Planın üzvləri haqqında danışa bilməz/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər