Rusiyanın Avropa Şurasından çıxarılmasını istəyirlər
Tarix: 15-03-2022 08:05 | Bölmə: Dünya
Rusiyanın Avropa Şurasından çıxarılmasını istəyirlər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər və Demokratiya Komitəsi Rusiyanın Avropa Şurasından çıxarılması üçün layihə hazırlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Sənəd bu gün səsverməyə çıxarılacaq.

Asambleya hesab edir ki, Avropa Şurası Nazirlər Komitəsi Rusiyadan Avropa Şurasından çıxmağı xahiş etməlidir. Rusiya bu tələbi yerinə yetirməsə, Assambleya Nazirlər Komitəsinə mümkün qədər tez zamanda qərar verməyi təklif edir.

Komitə həmçinin AŞPA Bürosuna bütün fəaliyyət sahələrində Belarus hakimiyyəti ilə əlaqələri dayandırmağı tövsiyə edib.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}