Prezident: “Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması doğru deyil"
Tarix: 16-03-2022 11:07 | Bölmə: Dünya
Prezident: “Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması doğru deyil"

“Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması doğru deyil, biz artıq bir neçə beynəlxalq sanksiyada iştirak edirik”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstanın öz sanksiyaları var: “Bizim Rusiya ilə diplomatik münasibətlərimiz, alyansımız yoxdur. İşğal altında olan iki ərazimiz var. Buna görə də əksər Avropa ölkələrindən fərqli vəziyyətdəyik”.

Dövlət başçısının sözlərinə görə, Ukraynada müharibə elə formada gedir ki, hər hansı proqnoz vermək, hadisələrin nə vaxt və necə başa çatacağını söyləmək çətindir/Report.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}