12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
ABŞ Senatı Rusiyaya qarşı yeni qətnamə qəbul edib
Tarix: 16-03-2022 11:56 | Bölmə: Dünya
ABŞ Senatı Rusiyaya qarşı yeni qətnamə qəbul edib

ABŞ Senatı ötən gün Rusiyanın Ukraynaya qarşı hərəkətlərini qınayan qətnaməni yekdilliklə qəbul edib.

Reyting.az
xəbər verir ki, sənəddə Rusiya rəhbərliyinin Ukrayna ərazisində törədilmiş hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi tələb olunur.

Bayden Ukrayna ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirib

İclas Senatın internet saytında yayımlanıb.

Senatorların qəbul etdiyi qətnamədə Rusiya Federasiyasının, Prezident Vladimir Putinin, Rusiya Təhlükəsizlik Şurasının üzvlərinin, Rusiya Silahlı Qüvvələrinin və Rusiyanın yüksək rütbəli zabitlərinin bəşəriyyətə qarşı cinayətlər və Ukrayna xalqı və digər xalqlara qarşı hərbi cinayətlər səviyyəsinə çatan aqressiya və digər amansızlıq aktlarının pislənilməsi yer alıb.

Bundan əlavə, ABŞ Senatı üzv dövlətləri Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsindən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərlə bağlı bütün gözlənilən istintaqlara baxılmasını tələb etməyə çağırıb.

Senat həmçinin ABŞ hökumətini və tərəfdaş ölkələri davam edən zorakılığa verdikləri dəstəyə görə Rusiya Federasiyasının liderlərini məsuliyyətə cəlb etmək üçün üzv olduqları beynəlxalq qurumlarda təsir imkanlarından istifadə etməyə çağırıb.

Qətnamənin müəllifi respublikaçı senator Lindsey Qrahamdır.

Sənəd məcburi xarakter daşımır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər