16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
Rusiyada “Instagram”ın analoqu hazırlanıb
Tarix: 16-03-2022 13:53 | Bölmə: Dünya
Rusiyada “Instagram”ın analoqu hazırlanıb

Rusiyada “Instagram” sosial şəbəkəsinin analoqu hazırlanıb.

“Rossgram” adlanan şəbəkənin martın 28-dən istifadəyə veriləcəyi bildirilir.

İnternet-marketoloq Aleksandr Zobov adi istifadəçilər üçün “Rossgram”a girişin 2022-ci ilin aprelində açıq olacağını qeyd edib.

"2022-ci il martın 28-də “Instagram”ın rus analoqu Android və iOS üçün adi funksionallıq və mobil proqramlarla istifadəyə veriləcək. Giriş 2022-ci ilin aprelində adi istifadəçilər üçün açıq olacaq", - o vurğulayıb/APA.

Qeyd edək ki, Rusiyada “Meta” şirkətinə daxil olan “Facebook” və “Instagram” şəbəkələri bloklanıb. Bloklanmaya səbəb isə həmin şəbəkələrdə Rusiya-Ukrayna müharibəsinin əleyhinə təbliğat olub.




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb