16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
Xarkovda hərbi əməliyyatlar dövründə 500-dən çox dinc sakin ölüb
Tarix: 16-03-2022 14:35 | Bölmə: Dünya
Xarkovda hərbi əməliyyatlar dövründə 500-dən çox dinc sakin ölüb

"Hərbi əməliyyatlar başladığı vaxtdan indiyədək Xarkovda 500-dən çox dinc sakin ölüb, 600-dək bina dağıdılıb".

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

“Ümumilikdə, Xarkovda 500-dən çox dinc sakin ölüb, onlardan 88-nin meyiti dağıntılar altından çıxarılıb. Axtarış işləri davam etdirilir. Xilasedicilər sayəsində binaların dağıntıları altından qalmış 189 nəfər xilas edilib”, - məlumatda deyilir/Report.

Bu arada Ukrayna MN hazırda Xarkovda şiddətli döyüşlərin getdiyini açıqlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb