12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Yaponiya Baş naziri: "Ərazilərimizin Rusiya tərəfindən işğalı heç bir qanuni müddəalara əsaslanmır"
Tarix: 17-03-2022 13:06 | Bölmə: Dünya
Yaponiya Baş naziri: "Ərazilərimizin Rusiya tərəfindən işğalı heç bir qanuni müddəalara əsaslanmır"

"Yaponiyanın mövqeyinə görə, Kuril adalarının cənub hissəsi Rusiya tərəfindən qanunsuz işğal olunub, hazırda bu ölkə ilə hər hansı dialoq perspektivi görünmür".

TASS xəbər verir ki, bunu parlamentdəki müzakirələr zamanı ölkənin Baş naziri Fumio Kişida bildirib.

O deyib ki, şimal ərazilərimizin Rusiya tərəfindən işğalı heç bir qanuni müddəalara əsaslanmır: "Oranın qanunsuz işğal statusuna dair mövqeyimiz dəyişməz olaraq qalır. Belə bir vəziyyətdə danışıqların perspektivi barədə bəhs etmək olmur”.

Yaponiyanın hökumət başçısı şimal əraziləri məsələsini həll edib sülh sazişi imzalamaq məqsədini qarşıya qoyduqlarını, amma buna hələ nail ola bilmədiklərini diqqətə çatdırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər