16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
Ukraynada iki gürcü döyüşçü həlak olub
Tarix: 18-03-2022 17:20 | Bölmə: Dünya
Ukraynada iki gürcü döyüşçü həlak olub

Ukraynada davam edən müharibədə iki gürcüstanlı döyüşçü – David Ratiani və Giya Beriaşvili həlak olub.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Hər iki keçmiş xüsusi təyinatlının ötən gün İrpen şəhəri yaxınlığında hava hücumu nəticəsində həlak olduğu bildirilib.

Məlumatlara əsasən, daha bir gürcü döyüşçü yaralanıb.

Qeyd edək ki, Ukraynada döyüşlərdə bir sıra könüllü gürcü döyüşçü iştirak edir. Gürcütanın keçmiş müdafiə naziri İrakli Okruaşvili (2004-2006) də könüllü olaraq Ukraynaya yollanıb və Rusiya hərbi qüvvələrinə qarşı əməliyyatlarda iştirak edir.




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb