Rusiya XİN: "ABŞ  təhdidlərə və Ukraynaya silah verilməsini dayandırmalıdır"
Tarix: 22-03-2022 11:44 | Bölmə: Dünya
Rusiya XİN: "ABŞ  təhdidlərə və Ukraynaya silah verilməsini dayandırmalıdır"

“ABŞ Rusiya ilə münasibətləri daha da gərginləşdirməmək üçün Ukraynaya silah verməyi dayandırmalıdır”.

TASS xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib.

“Vaşinqton eskalasiyanı dayandırmalıdır. ABŞ bizə qarşı təhdidlər yaratmağa son qoymalıdır”, - o bildirib.

S.Ryabkov, həmçinin vurğulayıb ki, ABŞ-Rusiya münasibətləri pozulmağa yaxındır: “Əlaqələrimizin gələcək inkişafı isə Vaşinqtonun xarici siyasətində seçəcəyi xətdən asılıdır. Hələlik münasibətlərimiz pisləşən tendensiya ilə inkişaf edir. Bunun səbəbkarı isə ABŞ-dır”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}