09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Nazir: “Gürcüstan pandemiyanın sonuna yaxınlaşır”
Tarix: 22-03-2022 12:04 | Bölmə: Dünya
Nazir: “Gürcüstan pandemiyanın sonuna yaxınlaşır”

“Biz həqiqətən də koronavirus pandemiyasının sonuna yaxınlaşırıq. Gürcüstanda xəstəxanaya yerləşdirmələr və gündəlik yoluxma halları əhəmiyyətli dərəcədə azalıb”.

Reyting.az
Report-a istinadla xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Zurab Azaraşvili brifinqdə deyib.

O bildirib ki, martın 28-dən Gürcüstanda məhdudiyyətlərin yalnız bir hissəsi aradan qaldırılacaq.

Nazirin sözlərinə görə, xəstəxanalarda müalicə olunan koronavirus pasiyentlərinin sayı 800-dən azdır: “Ölüm hallarında da xeyli azalma var. Son günlərdə ölüm faktları 8-10 arasında dəyişib ki, bu da son bir il ərzində ən aşağı göstəricidir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər