Zelenski: "İtaliya rusiyalı cinayətkarlar üçün kurort zona olmamalıdır”
Tarix: 22-03-2022 16:38 | Bölmə: Dünya
Zelenski: "İtaliya rusiyalı cinayətkarlar üçün kurort zona olmamalıdır”

Ukrayna prezidenti Volodimir Zelenski İtaliya parlamentində çıxış edib.

Reyting.az 
xəbər verir ki, o, çıxışında Ukraynada sülhü təmin etmək üçün mümkün olan hər şeyi etməyin vaxtı olduğunu deyib: "Bu, Rusiyanın çoxdan hazırladığı müharibədir. Bu savaş Kremlə Avropanın siyasətinə, avropalıların həyatına təsir etmək üçündür. Hücum əməliyyatlarının 27 günüdür, demək olar, bir aydır dayanmır. Ona görə də daha çox sanksiyalara ehtiyac var. Moskvaya daha çox təzyiq göstərilməlidir ki, o, Liviyada və ya Suriyada muzdlu döyüşçü axtarmasın”.

Zelenski Rusiyanın müharibəni dayandırması üçün ona daha güclü təzyiqin olmasının vacibliyini qabardıb: "Moskvaya qarşı sanksiyalarda istisna olmamalıdır. İtaliya rusiyalı cinayətkarlar üçün kurort zona olmamalıdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}