Zelenski: "Rusiya Çernobıl AES-i müharibə obyektinə çevirib"
Tarix: 23-03-2022 16:07 | Bölmə: Dünya
Zelenski: "Rusiya Çernobıl AES-i müharibə obyektinə çevirib"

“Ukraynada 15 nüvə bloku var. Bu gün onların hər biri təhlükə altındadır”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Yaponiya parlamentində çıxışı zamanı deyib.

Prezident bildirib ki, Çernobılda baş verənləri hər kəs xatırlayır: "Rus qüvvələri silah gücünə oranı ələ keçiriblər. Rusiya Çernobıl AES-i müharibə obyektinə çevirib. Qarşı tərəf müdafiə qüvvələrimizə qarşı yeni hücumlar hazırlamaq məqsədilə Çernobıl AES-dən istifadə edir. Odur ki, dünya ölkələri Rusiyanın nüvə silahından istifadə edəcəyi halda hansı addımlar atacaqları barədə indidən düşünməlidirlər".

Zelenski sonda Yaponuya ilə Ukraynanı azadlıq arzularının birləşdiridiyini deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}