Çernobıl AES-in ətrafındakı yanğınların əksəriyyəti söndürülüb
Tarix: 24-03-2022 08:30 | Bölmə: Dünya
Çernobıl AES-in ətrafındakı yanğınların əksəriyyəti söndürülüb

Çernobıl AES-in təcrid zonasındakı yanğınların əksəriyyəti lokallaşdırılıb.

UNİAN xəbər verir ki, bunu Ukraynanın ətraf mühit naziri Ruslan Streles canlı efirdə bildirib.

Nazir deyib ki, NASA-nın təqdim etdiyi peyk təsvirləri sayəsində AES-in təcrid zonasındakı yanğınlar izlənilir.

R. Streles əlavə edib ki, son 2 həftədə 30 yanğın qeydə alınıb: “Bu günədək yanğınların əksəriyyəti lokallaşdırılıb. Kiçik ərazilərdə yanğın davam edir”.

Bildirilir ki, son günlərdə hava şəraiti yanğının miqyasının böyüməsinə imkan vermir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}