Türkmənistan hökumətinin yeni tərkibi təsdiqlənib
Tarix: 26-03-2022 00:12 | Bölmə: Dünya
Türkmənistan hökumətinin yeni tərkibi təsdiqlənib

Türkmənistan prezidenti Sərdar Berdıməhəmmədov hökumətin yeni tərkibini təsdiqləyib.

Türkmənistan milli televiziyasının məlumatına görə, S. Berdıməhəmmədov ölkə konstitusiyasına uyğun olaraq yeni prezidentin andiçmə mərasimindən sonra istefa vermiş Nazirlər Kabineti sədrinin müavinlərini vəzifəsinə bərpa edib.

Əvvəllər S. Berdıməhəmmədovun tutduğu Baş nazirin iqtisadi, bank işi və beynəlxalq maliyyə təşkilatları üzrə müavini vəzifəsinə maliyyə sahəsində rəhbər vəzifələrdə təcrübəsi olan Məhəmmədqulu Məhəmmədov təyin edilib.

Prezident Serdar Berdiməhəmmədov hökumət üzvlərini əvvəlki vəzifələrinə bərpa edərək, onların yeni dövrdə ölkənin gələcək sosial-iqtisadi inkişafı üçün zəruri olan zəngin təcrübəyə malik olduqlarını qeyd edib, onlara işlərində uğurlar arzulayıb.

Göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirən Baş nazirin müavinləri əmin ediblər ki, rəhbərlik etdikləri sahələrin bundan sonra da uğurlu fəaliyyəti üçün səylərini əsirgəməyəcəklər.

Təyin edilmiş sədr müavinləri bir həftə müddətində rəhbərlik etdikləri şöbələrin müdirləri vəzifələrinə namizədlər təklif etməlidirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}