Rusiyanın daha 4 təyyarəsi, 1 helikopteri, 2 tankı vurulub
Tarix: 28-03-2022 09:41 | Bölmə: Dünya
Rusiyanın daha 4 təyyarəsi, 1 helikopteri, 2 tankı vurulub

Ukrayna Silahlı Qüvvələri son sutkada ərzində Rusiya ordusunun 4 döyüş təyyarəsini, 1 helikopterini, 2 pilotsuz uçan aparatını, 2 qanadlı raketini məhv edib.

Reyting.az
xəbər verir ki, bu, Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.

Qeyd olunur ki, son sutkada Donetsk və Luqansk istiqamətindən Rusiyanın 5 hücumunun qarşısı alınıb, 2 tankı, piyadaların döyüş maşını və avtomobili vurulub, canlı qüvvələr itkisinin sayı dəqiqləşdirilir.

Məlumata görə, Ukraynanın hərbi qüvvələri Krivoy Roq, Zapaoroje və Mikolayev istiqamətində müdafiə tədbirlərini gücləndirib.

Ukrayna Silahlı Qüvvələrinin paytaxt Kiyev ətrafında müdafiəni gücləndirdiyi, qarşı tərəfin şimal-qərb və şərqi istiqamtindən girməsinin qarşısını alaraq, onları sıxışdırdığı bildirilir.

Topolsk, Kamenka və Suxaya Kamenka yaşayış məntəqlərində döyüşlər davam edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}