09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Zelenski: "Ukraynanın suverenliyi və ərazi bütövlüyü şübhə doğurmur"
Tarix: 28-03-2022 11:20 | Bölmə: Dünya
Zelenski: "Ukraynanın suverenliyi və ərazi bütövlüyü şübhə doğurmur"

Prezident Volodimir Zelenski Türkiyədə gözlənilən Ukrayna-Rusiya danışıqları ilə bağlı yeni açıqlama verib.

Reyting.az
 xəbər verir ki, Zelenski sülh üçün səylərini davam etdirdiklərini deyib:

"Qarşıda danışıqların yeni raundu var, biz hələlik sülhə səy göstəririk. Bizim prioritetlərimiz məlumdur. Ukraynanın suverenliyi və ərazi bütövlüyü şübhə doğurmur. Dövlətimiz üçün mövcud təhlükəsizlik təminatları məcburidir. Aşkar və məqsədimiz Ukraynada sülh və normal həyatın mümkün qədər tez bərpa olunmasıdır".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar Türkiyədə olacaq. Tərəflər danışıqların növbəti raundunun Türkiyədə keçirilməsi barədə razılığa gəliblər. Müzakirələr martın 28-30-da keçiriləcək. Bütün təfərrüatlar daha sonra açıqlanacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər