13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Qara dənizdə üzən minalar artır
Tarix: 28-03-2022 15:36 | Bölmə: Dünya
Qara dənizdə üzən minalar artır

Türkiyə və Rumıniyanın Qara dəniz akvatoriyasında gəmi əleyhinə üzən minalar aşkarlanıb.

“Reuters” xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, minanı sahildən 70 km məsafədə balıqçılar aşkarlayaraq hərbi dəniz qüvvələrinə bildiriblər.

Xatırladaq ki, daha öncə Türkiyədə - İstanbul boğazı və Qara dəniz sahilində mina müəyyən edilərək zərərsizləşdirilib.

İddialara görə, bunlar Ukraynanın Rusiya hərbi gəmilərinin hücumuna mane olmaq üçün dəniz sərhədinə quraşdırdığı, lakin fırtına səbəbi ilə dənizə yayılan minalardır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}