09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Rusiya və Belarus vətəndaşlarının "qızıl pasport"ları ləğv olunur
Tarix: 28-03-2022 16:54 | Bölmə: Dünya
Rusiya və Belarus vətəndaşlarının "qızıl pasport"ları ləğv olunur

Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzv ölkələri adları sanksiya siyahılarına düşmüş Rusiya və Belarus vətəndaşlarına investisiya qarşılığında təqdim edilmiş "qızıl pasport"ların ləğvini tövsiyə edib.

Bu barədə AK nümayəndəsi Brüsseldə keçirilən brifinq zamanı bildirib.

Avropada narahatdırlar ki, sanksiyalara məruz qalmış və ya Rusiyanın Ukraynaya müdaxiləsinə açıq dəstək nümayiş etdirən Rusiya və Belarus vətəndaşları “qızıl pasport” sxemi çərçivəsində Şengen ərazisində sərbəst hərəkət etmək imkanı qazana bilərlər.

Avropa Komissiyası bununla əlaqəli meydana gələ biləcək riskləri ətraflı şəkildə araşdırmağı tövsiyə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər