13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Ramazan Kadırov ailəsi ilə birlikdə Ukraynaya gedib
Tarix: 28-03-2022 17:18 | Bölmə: Dünya
Ramazan Kadırov ailəsi ilə birlikdə Ukraynaya gedib

Çeçenistan lideri Ramazan Kadırov ailəsi ilə birlikdə Ukraynaya gedib.

Reyting.az
bildirir ki, Kadırov həmkarları və ailəsi ilə birlikdə Ukraynaya səfər edib. O, Rusiyaya dəstək olmaq üçün oradakı rus əsgərlərinin yanına gedərək şəkillər çəkdirib.

İngiltərə mediası Kadırovun bölgəyə gəlişini "Rusiyanın ləngiyən işğalında müəyyən uğur əldə etmək cəhdi" kimi qiymətləndirib. Çeçen mediası isə görüntüləri, "Kadırov uşaqları və həmkarları ilə birlikdə Ukraynaya gəlib” başlığı ilə təqdim olunub.

Çeçenistan liderinin foto çəkdirdiyi əsgərlərin geyimlərinin çiyinlərindəki Z simvolları da diqqət çəkib. Bu simvollarla bağlı əvvəllər də bir çox iddialar irəli sürülüb.

Rusiya Müdafiə Nazirliyi tankların üzərində yazılan "Z” və "V” hərflərinin "Qələbə və missiya tamamlanacaq” mənasını verdiyini açıqlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}