Baş nazir: “Gürcüstan regional dialoqa töhfə verməyə hazırdır”
Tarix: 29-03-2022 18:30 | Bölmə: Dünya
Baş nazir: “Gürcüstan regional dialoqa töhfə verməyə hazırdır”

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkədə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.

Bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.

Görüşdə iki ölkə arasında dost və mehriban qonşuluq münasibətləri vurğulanıb.

Tərəflər regiondakı vəziyyəti də müzakirə ediblər. İ.Qaribaşvilinin dialoq formatının yaradılması məqsədini daşıyan “Dinc Qonşuluq Siyasəti” təşəbbüsünə diqqət yönəldilib.

Qeyd olunub ki, Gürcüstan hər zaman Cənubi Qafqazda dinc əməkdaşlıq, birgə yaşayışı dəstəkləyib və regional dialoqa öz töhfəsini verməyə hazırdır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}