Ukraynada əhalinin köçürülməsi üçün daha 3 humanitar dəhliz açılıb
Tarix: 30-03-2022 12:59 | Bölmə: Dünya
Ukraynada əhalinin köçürülməsi üçün daha 3 humanitar dəhliz açılıb

Bu gün Ukraynada mülki əhalinin təxliyəsi üçün Rusiya illə daha 3 humanitar dəhlizin açılması razılaşdırılıb.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reintqrasiyasə üzrə nazir İrina Vereşuk deyib.

O bildirib ki, humanitar yardımların çatdırılması və insanların təxliyəsi üçün daha 3 humanitar dəhlizin açılması barədə razılıq əldə olunub:

"Humanitar yardım daşıyan avtobus və yük maşınları artıq Zaporojyanı tərk ediblər. Biz Rusiya tərəfindən öz öhdəliklərinə əməl etməyi və humanitar yüklərin nəzarət-buraxılış məntəqəsindən keçmələrinə icazə vermələrini tələb edirik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}