ABŞ Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırıb
Tarix: 09-04-2022 08:34 | Bölmə: Dünya
ABŞ Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırıb

ABŞ prezidenti Co Bayden Konqres tərəfindən Rusiya və Belarusla normal ticarət əlaqələrinin dayandırılması, habelə Ukraynadakı vəziyyət fonunda Rusiyadan enerji idxalına qadağa qoyulması haqqında qanun layihələrini imzalayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

ABŞ administrasiyasının bəyanatına görə, söhbət Rusiya Federasiyasından enerji tədarükünü qanuni olaraq qadağan edən “Rusiya neftinin idxalının dayandırılması haqqında” qanundan, eləcə də kommersiya sferasında məhdudiyyətlərin daha da sərtləşdirilməsinə yönəlmiş “Rusiya və Belarusla normal ticarət əlaqələrinin dayandırılması haqqında” qanundan gedir.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatası bu təşəbbüsləri dəstəkləmək üçün səs verib.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər