Borrel: "Rusiyanın enerji sektoruna qarşı çox iş görülməlidir”
Tarix: 09-04-2022 22:21 | Bölmə: Dünya
Borrel: "Rusiyanın enerji sektoruna qarşı çox iş görülməlidir”

"Rusiyanın nefti də daxil olmaqla, bütövlükdə enerji sektoruna qarşı da çox iş görülməlidir”.

Reyting.az
xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelə tviter səhifəsindəki paylaşımında bildirib.

O daha sonra deyib ki, Avropa İttifaqının Xarici Əlaqələr Şurası növbəti addımları müzakirə etmək üçün bazar ertəsi toplanacaq: “Mən Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşümdə onun dözümlülüyünü və qətiyyətini xüsusi vurğuladım. Bu müharibə döyüş meydanında bitəcək və Ukrayna qalib gələcək. Bunun üçün Ukraynaya əlavə 500 milyon avro yardım ayrılır. Silahların tədürükü Ukraynanın ehtiyaclarına uyğunlaşdırılacaq. Rusiyaya təzyiqləri artırmağa davam edəcəyik. Biz artıq böyük sanksiyalar tətbiq etmişik. Lakin Rusiyanın nefti də daxil olmaqla, bütövlükdə enerji sektoruna qarşı da çox iş görülməlidir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər