Rusiya MN: "Avropanın Ukraynaya verdiyi "S-300" şəxsi heyətlə birgə məhv edilib"
Tarix: 11-04-2022 11:43 | Bölmə: Dünya
Rusiya MN: "Avropanın Ukraynaya verdiyi "S-300" şəxsi heyətlə birgə məhv edilib"

Rusiya ordusu ötən gün Ukraynanın daha 78 hərbi obyektini vurub.

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü general İqor Konaşenkov bugünkü brifinqdə deyib.

O bildirib ki, bununla yanaşı, Rusiya “Kalibr” raketiylə Ukraynanın Dnepr şəhərindəki anqarda olan "S-300" zenit-raket dviziyasını məhv edib: "Aprelin 10-da “Kalibr” yüksək dəqiqlikli dəniz bazalı raketlərlə Dnepr şəhərinin cənubun yerləşən anqarda gizlədilən, Avropa ölkələrindən birinin Kiyev rejiminə verdiyi "S-300" zenit-raket diviziyası 25-ə qədər şəxsi heyətlə birlikdə sıradan çıxarılıb. Bununla belə, Xerson vilayətində Ukraynaya məxsus "Mi 24" hərbi vertolyot, Donbassda 9 tank, 5 "Akatsiya" özüyeriyən artilleriya qurğusu, 5 Qrad yaylım atəşi reaktiv qurğusu və 60-dan çox millətçi məhv edilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}