15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

20:22 / 08-09-2025

21:32 / 10-09-2025

İki neytral dövlət NATO-ya daxil ola bilər
Tarix: 12-04-2022 13:23 | Bölmə: Dünya

Avropanın neytral dövlətlərindən ikisi – Finlandiya və İsveç yayda NATO-ya üzv ola bilər. Bunu Böyük Britaniyanın “The Times” qəzeti yazıb.
Qəzetin əldə etdiyi məlumata görə, Finlandiya iyunda NATO-ya üzv olmaq üçün rəsmi müraciət edə, ardınca eyni addımı İsveç ata bilər.
Novator.az xəbər verir ki, soyuq müharibə başa çatandan az sonra – 1995-ci ildə Finlandiya və İsveç Avropa İttifaqına qəbul edilib. Amma heç biri sıx əlaqələr saxladığı NATO-ya üzv olmağa təşəbbüs göstərməyib.
Rusiya 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Ukraynaya hərbi müdaxilə edəndən sonra Finlandiya və İsveçdə istər ictimai, istərsə də rəsmi səviyyədə neytrallıq kursuna münasibət dəyişməyə başlayıb.
2021-ci ildə Rusiya Ukrayna sərhədinə qoşun yığıb bu ölkəni növbəti işğalla hədələyəndən sonra Finlandiya və İsveçin təhlükəsizliyinə zəmanətin möhkəmləndirilməsi üçün NATO-ya qəbul edilməsi təklifi daha ciddi xarakter alıb.
2022-ci il fevralın 24-dən Rusiya Ukraynada növbəti dəfə işğalçı müharibə aparır. Bu müharibə Finlandiya və İsveçdə əhalini və hökuməti NATO-ya daha da meyilləndirməyə başlayıb. Ona görə hər iki ölkədə hərbi bloklara qoşulmama siyasətinə yenidən baxılması istiqamətində diskussiyalara start verilib.
Fevral ayının sonunda İsveçin baş naziri Maqdalena Andersson bəyan edib ki, onun ölkəsi öz təhlükəsizlik siyasətini müstəqil şəkildə müəyyən edəcək. Mart ayında isə Maqdalena Andersson İsveçin hərbi bloka qoşulma imkanlarını təhlil edəcəyini söyləyib. Baş nazir ölkəsinin NATO-ya üzvlüyünün istisna olmadığını vurğulayıb.
Martın əvvəllərində Finlandiya prezidenti Sauli Niinistö bildirib ki, Finlandiya əhalisinin NATO-ya üzvlük məsələsinə münasibəti dəyişib, ona görə hökumət ölkənin alyansa qoşulması məsələsini müzakirə edir.
Finlandiyada keçirilən son sorğu əhalinin 62 faizinin NATO-ya üzv olması ideyasını dəstəklədiyini göstərib. Bu, əvvəlki sorğuların nəticələri ilə müqayisədə xeyli yüksək göstəricidir.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Finlandiya və İsveçin yayda NATO-ya üzv ola biləcəyi xəbərinə münasibətini açıqlayıb.
Peskov NATO-nun daha da genişlənməsinin Avropa qitəsinə əlavə təhlükəsizlik vəd etmədiyini söyləyib: “Moskva Finlandiya və İsveçin NATO-ya qoşulmasının əleyhinədir və bu addımın Avropaya təhlükəsizlik bəxş etməyəcəyi qənaətindədir”.
NATO-nun sabitlikdən çox qarşıdurma vasitəsi olduğunu bildirən Peskovun fikrincə, sülh və sabitliyi bu alyansın köməyi ilə təmin etmək mümkün deyil.
30 üzvü olan NATO-nun mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşir.
NATO-nu 1949-cu ildə bu ölkələr yaradıb: ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya.
Türkiyə və Yunanıstan quruma 1952-ci ildə qoşulub. Qərbi Almaniya (1990-cı ildən Almaniya) 1955-ci ildə NATO-ya üzv olub. İspaniya hərbi-siyasi ittifaqa 1982-ci ildə girib. Çexiya, Macarıstan və Polşanın NATO üzvlüyü 1999-cu ildə rəsmiləşib. Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya 2004-cü ildən NATO-da təmsil olunur. Albaniya və Xorvatiyanın üzvlüyü 2009-cu ildə başlayıb. Monteneqro 2017-ci ildən ittifaqdadır. Şimali Makedoniya NATO sıralarına 2020-ci ildə əlavə edilib.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 09:54
ABŞ-da Rusiyanın “Su-34”-lərini tərifləyirlər
Dünən, 09:21
Tramp Starmerin hərəkətini bəyənməyib
Dünən, 08:58
Almaniya Litvada hərbi hazırlıqlar görür
Dünən, 08:51
Tramp gülləkeçirməz şüşə arxasında əyləşib
Dünən, 00:35
ABŞ-nın hərbi gəmisi İrana yaxınlaşır
Dünən, 00:02
Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşüb
11-09-2025, 22:29
ABŞ husilərə ən böyük sanksiyasını tətbiq edib
11-09-2025, 18:03
Lukaşenko: "Sülhün bərqərar olmasında Trampa kömək etməyə hazıram"
11-09-2025, 17:24
İki NATO ölkəsi Rusiya və Belarusla sərhəddə səmanı bağlayıb
11-09-2025, 16:23
Zelenski: Polşaya hücum 2014-cü il Krım hadisələrinə bənzəyir
11-09-2025, 15:48
Belarusda 50-dən çox siyasi məhbus azadlığa buraxılıb
11-09-2025, 12:59
Finlandiya prezidenti Ukraynaya gəlib
11-09-2025, 12:27
NATO Ukrayna səmasında rus təyyarələrini vurmalıdır - Diplomat
11-09-2025, 10:58
İsrailə raket hücumu olub
11-09-2025, 08:22
Tramp Netanyahunun Dohaya zərbəsini təqdir etməyib
10-09-2025, 18:28
Nazir: Deyəsən, Rusiya NATO-nu sınaqdan keçirir
10-09-2025, 12:11
Polşanın baş naziri: Müxtəlif ssenarilərə hazırlaşmalıyıq
10-09-2025, 12:04
Almaniya yeni raket istehsalına hazırlaşır
10-09-2025, 11:48
Tramp Rusiyanın Polşaya hücumu ilə bağlı suala cavab verməyib
10-09-2025, 11:25
Polşa prezidenti: Komandanlıqla daima əlaqədəyəm
10-09-2025, 11:19
İsrail “Fələstin 2” raketləri ilə vurulub
10-09-2025, 08:37
Ukrayna PUA-ları Bryansk vilayətinə hücum edib
10-09-2025, 08:25
Von der Lyayen Aİ-dəki vəziyyətlə bağlı çıxış edəcək
10-09-2025, 07:53
Rusiyadakı bütün yapon mərkəzləri bağlanacaq
10-09-2025, 00:09
Nepalın hökumət sarayı tamamilə yanıb
9-09-2025, 17:25
Nepal prezidenti istefa verib? - Yenilənib
9-09-2025, 16:39
Polşa Belarusla sərhədi tamamilə bağlayacaq
9-09-2025, 14:38
Ukraynaya 2 milyon mərmi çatdırmağı planlaşdırırlar
9-09-2025, 12:31
Nazir: Yaxın gələcəkdə Ukraynada sülh olmayacaq
9-09-2025, 11:50
Gənc almanlar məcburi hərbi xidmətin əleyhinədir
9-09-2025, 11:14
Ukrayna Nazirlər Kabinetini vuran raketdə ABŞ komponenti tapılıb
9-09-2025, 10:57
Baş nazirin partiyası seçkilərdə qalib gəlib
9-09-2025, 08:26
Ərdoğan: “Polad günbəz” sərhədlərimizi etibarlı şəkildə qoruyacaq
9-09-2025, 08:07
Boris Conson qanunsuz fəaliyyət göstərir?
8-09-2025, 18:09
Metro işçilərinin tətili Londonu iflic edib
8-09-2025, 17:52
Prezident: BMT ilkin vəzifələrini yerinə yetirmir
8-09-2025, 17:43
Baş katib Ukrayna məsələsini müzakirə etməyə gedir
8-09-2025, 13:39
Ukrayna ordusu xeyli əraziyə nəzarəti bərpa edib
8-09-2025, 11:58
Maduro Kolumbiya ilə sərhədə 25 min hərbçi yerləşdirir
8-09-2025, 08:51
ABŞ qeyri-immiqrasiya vizalarının alınma qaydasını dəyişib
6-09-2025, 18:25
Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır
5-09-2025, 18:05
Britaniya baş nazirinin müavini istefa verib
5-09-2025, 15:19
Kreml: Ukrayna ərazisində Şimali Koreya hərbçiləri yoxdur
5-09-2025, 13:17
Mask Trampın dəvətini qəbul etməyib
5-09-2025, 11:48
ÜST direktoru Qəzza ilə bağlı çağırış edib
5-09-2025, 08:28
Peskov: Putinin Trampla görüşünü çox tez təşkil etmək olar
5-09-2025, 08:16
Pentaqon Venesuelanın təxribat xarakterli addımını pisləyib