MN: "Mariupolda kimyəvi silahdan istifadə faktı araşdırılır"
Tarix: 12-04-2022 16:13 | Bölmə: Dünya
MN: "Mariupolda kimyəvi silahdan istifadə faktı araşdırılır"

"Mariupolda kimyəvi silahdan istifadə faktı araşdırılır".

“RBC Ukraina” xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Rusiyanın fosfor silahından istifadə etməsi mümkündür. Kimyəvi riskdən istifadə riski kifayət qədər yüksəkdir. Hələlik isə biz məlumatları dəqiqləşdiririk”, - o, bildirib/Report.

Xatırladaq ki, dünən rus işğalçılarının Mariupola naməlum zəhərli maddə atdıqları barədə məlumat yayılmışdı. Bundan sonra "Azov" alayının yaradıcısı Andrey Biletski Rusiya ordusunun kimyəvi silahdan istifadə etməsi nəticəsində "Azov"un üç döyüşçüsünün yaralandığını bildirib. Onun sözlərinə görə, zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir. Sonra Prezident Volodimir Zelenski Mariupoldakı vəziyyəti şərh edərək Qərbin kimyəvi silahdan istifadəyə daha sərt cavab verəcəyini vəd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər