Peskov: "Ukrayna ilə danışıqlarda müsbət nəticə yoxdur"
Tarix: 13-04-2022 18:03 | Bölmə: Dünya
Peskov: "Ukrayna ilə danışıqlarda müsbət nəticə yoxdur"

"Ukrayna ilə danışıqlarda müsbət nəticə yoxdur".

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, hazırda Ukrayna ilə gərgin danışıqlar davam edir: "Nəticə üçün müəyyən əsaslar olduqdan sonra bəyanatlar veriləcək. Hələlik isə elan edəcək nəsə yoxdur”.

Putinin sözçüsü Zelenskinin ötən gün həbs olunan rusiyapərəst müxalifətçi Viktor Medvedçukun ukraynalı əsirlərə dəyişdirilməsi təklifinə də də toxunub:
“O, Rusiya vətəndaşı deyil, xarici siyasi xadimdir. Biz ümumiyyətlə onun bunu istədiyib-istəmədiyini bilmirik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər