Dövlət Departamenti: "Müharibə Ermənistanda antisemitizmi gücləndirib"
Tarix: 14-04-2022 15:15 | Bölmə: Dünya
Dövlət Departamenti: "Müharibə Ermənistanda antisemitizmi gücləndirib"

Yəhudi icmasının üzvlərinin və digər müşahidəçilərin fikrincə, 2020-ci ilin payız döyüşləri Ermənistanda antisemitizmin, o cümlədən antisemitizm xarakterli sosial media paylaşımlarının sayının artmasına səbəb olub.

Bu, 2021-ci il üçün ABŞ Dövlət Departamentinin İnsan Haqları Praktikası üzrə Ölkə Hesabatında əksini tapıb.

Bildirilib ki, bu tendensiya daha çox Azərbaycanın döyüşlər vaxtı İsrail istehsalı silahlardan istifadə etməsi ilə əlaqələndirilib.

Sənəddə deyilir ki, sentyabr ayından etibarən yəhudi icmasının bəzi üzvləri tez-tez onlara yönəlmiş antisemit şərhlər, xüsusilə də ictimai nəqliyyatda baş verən insidentlər barədə məlumat verməyə başlayıblar.

Hesabatda göstərilib ki, 2020-ci ilin sentyabrından 2021-ci ilin fevralınadək İrəvandakı Holokost Memorialı üç dəfə vandalizmə məruz qalıb və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Müşahidəçilər Ermənistanda yəhudi icmasının 500-1000 nəfər arasında olduğunu bildirir”, - hesabatda qeyd olunub/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər