Gürcüstan prezidentindən Konstitusiya Məhkəməsinə şikayət etmək mümkün olacaq
Tarix: 14-04-2022 16:48 | Bölmə: Dünya
Gürcüstan prezidentindən Konstitusiya Məhkəməsinə şikayət etmək mümkün olacaq

Gürcüstan parlamenti üçüncü oxunuşda “Konstitusiya məhkəməsi” haqqında qanuna dəyişiklikləri təsdiqləyib.

Qanun layihəsini 83 deputat dəstəkləyib, 6-sı isə əleyhinə olub.

Dəyişikliklərə əsasən, Gürcüstan prezidenti, hökumət, Baş Prokurorluğun fəaliyyəti və ya fəaliyyətsizliyindən Konstitusiya Məhkəməsinə şikayət etmək mümkün olacaq.

Məhkəmədə həmçinin Parlament, Ali Ədliyyə Şurası, Milli Bankın şurası, Xalq müdafiəçisi, Baş auditor, muxtar respublikanın Ali Şurası da iddia qaldıra biləcəklər.

Qanun dərc olunduğu gündən qüvvəyə minəcək.(Report)

Qeyd edək ki, qanunvericiliyə dəyişikliklərin edilməsi təşəbbüsü hakim "Gürcü Arzusu" Partiyasına məxsusdur. Partiya bu yaxınlarda prezident Salome Zurabişvilinin səfirlərin təyinatı zamanı fəaliyyəti ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət təqdim edə bilməyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər