Türk kəşfiyyatı xüsusilə təhlükəli terrorçunu tutub
Tarix: 15-04-2022 08:36 | Bölmə: Dünya
Türk kəşfiyyatı xüsusilə təhlükəli terrorçunu tutub

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatının xüsusilə təhlükəli üzvü Əbdülkərim Yılmazı saxlayıb.

Türkiyə KİV-ləri xəbər verir ki, terrorçu Türkiyə Milli Kəşfiyyat Təşkilatının İraqın şimalında keçirdiyi xüsusi əməliyyat nəticəsində ələ keçib. Məlumata görə, terrorçu Türkiyəyə gətirilib.

2015-ci ildən axtarışda olan terrorçu Türkiyənin cənub-şərqindəki Hakkari vilayətinin Şemdinli rayonunda PKK/KCK-ya yardım etməkdə ittiham olunur.

O, axtarışa verildikdən sonra qanunsuz olaraq İraqa keçmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər