12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Rusiyada kommunist siyasətçi müharibəyə qarşı çıxdığı üçün həbs edilib
Tarix: 24-06-2022 18:05 | Bölmə: Dünya
Rusiyada kommunist siyasətçi müharibəyə qarşı çıxdığı üçün həbs edilib

Rusiya Kommunist Partiyasından Dövlət Dumasına deputatlığa keçmiş namizəd, eyni zamanda Moskva Dövlət Universitetinin müəllimi Mixail Lobanov Ukrayna müharibəsi əleyhinə çıxışlarına görə 15 sutka azadlıqdan məhrum edilib.

BBC-nin xəbərinə görə, onun həbsinə səbəb Çeçenistanın başçısı Ramzan Kadırova teleqramı və “Vladimir Putinin kiçik məğlubedilməz xüsusi əməliyyatı” haqqında çıxışları olub.

Məlumata görə, Rusiya müstəntiqləri onun yazılarında “diskreditasiya, ayrı-seçkilik və düşmənçiliyin qızışdırılması əlamətləri” “aşkarlayıblar”.

Lobanov ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Bildirilib ki, iyunun 27-də onun daha bir inzibati iş üzrə məhkəməsi olacaq. Lobanov yaşadığı mənzilin eyvanından müharibə əleyhinə banner asdığı üçün mühakimə olunacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər