21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Blinken: “ABŞ və Çin Tayvan məsələsində məsuliyyətlə hərəkət etməlidir”
Tarix: 06-08-2022 11:30 | Bölmə: Dünya
Blinken: “ABŞ və Çin Tayvan məsələsində məsuliyyətlə hərəkət etməlidir”

ABŞ və Çin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ətrafında yaranmış vəziyyətdə məsuliyyətlə hərəkət etməlidir.

TASS xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken “Amerikanın səsi” radiostansiyasının Kamboca bölməsinə müsahibəsində bldirib.

Tayvan ətrafındakı vəziyyəti müzakirə edərkən diplomat vurğulayıb ki, ABŞ təxribat xarakterli hərəkətlərlə məşğul olmaq niyyətində deyil.

“Hesab edirik ki, “dənizi sakitləşdirmək” lazımdır. Tayvan boğazı regionun, demək olar, hər bir ölkəsi üçün böyük əhəmiyyət kəsb edir. Bu boğazdan görməzdən gəlinməyəcək qədər ticarət keçir. Bütün bunlar pozulsa, qlobal iqtisadiyyata və hamının COVID-19 pandemiyasından sonra bərpa olunmaq istəyinə təsir dəhşətli dərəcədə olacaq. Ona görə də hesab edirəm ki, bütün ölkələr - ABŞ, eləcə də Çin məsuliyyətlə hərəkət etmək və Konqresimizin nümayəndəsinin səfərindən potensial təhlükəli və sabitliyi pozan hərəkətlər etmək üçün bəhanə kimi istifadə etməməlidir”, - Dövlət Departamentinin şənbə günü E.Blinkenin müsahibəsindən verdiyi hissədə deyilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər