Rusiyanın daha bir polkovnik-leytenantı Ukraynada həlak olub
Tarix: 08-08-2022 13:05 | Bölmə: Dünya
Rusiyanın daha bir polkovnik-leytenantı Ukraynada həlak olub

Ukraynada Rusiya Silahlı Qüvvələri 90-cı tank diviziyasının hərbçisi, polkovnik-leytenant Vitali Tsikul zərərsizləşdirilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti, polkovnik Anatoli Ştefan tviter səhifəsndə yazıb.

Bildirilib ki, Vitali Tsikul Ukraynada zərərsizləşdirillən Rusiyanın 200-cü zabitidir.

Məlumata görə, bu tank diviziyası Rusiyanın Sverdlovsk və Çelyabinsk vilayələrində yerləşir. 2021-ci ildən diviziyanın komandiri polkovnik Ramil İbatulindir.

Qeyd edək ki, Ukraynada Rusiya Silahlı Qüvvələrinin 10 generalı zərərsizləşdirilib. Avqustun 8-nə olan məlumata əsasən, müharibədə Rusiya Silahlı Qüvvələrinin 42 340 hərbçisi ölüb/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}