Ərdoğan: "Parisdən bizə qəzəl oxuyanlarla mücadiləmizi davam etdirəcəyik"
Tarix: 09-08-2022 16:42 | Bölmə: Dünya
Ərdoğan: "Parisdən bizə qəzəl oxuyanlarla mücadiləmizi davam etdirəcəyik"

“Ölkəmizdə 135 il əvvəl ilk neft yatağının tapıldığı yer İsgəndərun şəhəri olub”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Abdülhamid Han" dördüncü qazma gəmisinin suya salınması mərasimindəki çıxışında deyib.

“Bu dəfə də “Abdulhamid Han” gəmisini quyuyaya yollayacağıq. Bu, ilk addımdır. Millətimizin duası ilə “Abdülhamid Han" gəmimiz uğurlar qazanacaq. Sizdən də xeyirli xəbərlər gözləyirik. Gəmi başqa quyulara da gedəcək. İşlər neft tapanadək davam edəcək. Gəmilər Aralıq dənizində, öz ərazimizdədir. Bunun üçün kimsədənsə icazə almayacağıq. Onlar dənizdə “Abdülhamid Han" gəmisi ilə qarşılaşsalar milli mücadiləni xatırlaycaqlar. Bizim vəzifəmizi haqqımızı tapdatmamaq, kimsənin haqqını tapdamaqdadır. Öz göbəyimizi özümüz kəsəcəyik.

Parisdən bizə qəzəl oxuyanlarla mücadiləmizi davam etdirəcəyik. Son dönəmdəki hadisələrin inkişafına baxmaq kifayətdir. Bizimlə bir yerdə yol gedənlər qazanar, qarşı olanlar isə uduzar”, - Ərdoğan vurğulayıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}