Son sutkada Ukraynada Rusiyanın 9 təyyarəsi vurulub
Tarix: 10-08-2022 10:30 | Bölmə: Dünya
Son sutkada Ukraynada Rusiyanın 9 təyyarəsi vurulub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, Baş Qərargah bildirir ki, Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 42 800 hərbçisi məhv edilib.

Baş Qərargah Ukraynaya hücum edən Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkilərini də açıqlayıb: 1 832 tank, 4 086 zirehli döyüş maşını, 971 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 133 hava hücumundan müdafiə sistemi, 232 təyyarə, 193 helikopter, 766 PUA, 185 qanadlı raket, 15 gəmi, 3005 avtomobil texnikası və avtosistern, 89 xüsusi texnika.

Qeyd olunub ki, son sutkada Rusiya Silahlı Qüvvələri 9 təyyarəsini itirib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}