Ukrayna MN Rusiyanın itkilərini açıqlayıb
Tarix: 16-08-2022 10:00 | Bölmə: Dünya
Ukrayna MN Rusiyanın itkilərini açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Reyting.az
 xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 43900 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1880 tankı, 4152 zirehli döyüş maşını, 989 artilleriya sistemi, 263  RYAS-i (reaktiv yaylım atəş sistemi), 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 196 helikopteri, 3049 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 790 dronu, 187 qanadlı raket və 92 xüsusi texnikası məhv edilib".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}