Rusiya Kalininqrada döyüş təyyarələri göndərib
Tarix: 18-08-2022 21:32 | Bölmə: Dünya
Rusiya Kalininqrada döyüş təyyarələri göndərib

Rusiya Kalininqrad vilayətinə döyüş təyyarələri yerləşdirib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Kalininqrada yerləşdirilən 3 ədəd “MiQ-31E” təyyarəsi hipersəs sürətə malik "Kinjal" raketlərlə təchiz edilib. Təyyarələr gecə-gündüz növbətçilik edəcək.

Qeyd edək ki, bu gün Rusiyaya məxsus iki “MiQ-31” təyyarəsinin Finlandiya körfəzində, Rusiyadan 150 km (90 mil) məsafədə yerləşən Porvoo şəhəri yaxınlığında ölkənin hava məkanını pozduğu bildirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}