23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Rusiyanın bir vilayətində fövqəladə vəziyyət elan edilib
Tarix: 19-08-2022 08:43 | Bölmə: Dünya
Rusiyanın bir vilayətində fövqəladə vəziyyət elan edilib

Rusiyanın Nijeqorod vilayətindəki meşə yanğını ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Nijeqorod vilayətinin qubernatoru Nikitin "Telegram" kanalında yazıb.

Nikitin qeyd edib ki, fövqəladə vəziyyətin tətbiqi hadisənin aradan qaldırılması üçün əlavə qüvvə və vasitələrin, işləyən insanların qida və su ilə təmin edilməsinə vəsaitin ən səmərəli şəkildə ayrılmasına imkan verəcək.

Qubernator bildirib ki, ərazi fövqəladə hallar sisteminin bütün mümkün qüvvələri tərəfindən nəzarətdədir.

Bölgəyə Tümen vilayətindən hava-desant qoşunlarının cəlb edilməsi də planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}