12:57 / 13-05-2024
Sabah yağış yağacaq
Ərdoğan: "Rusiya sabitlik naminə bu addımı atmalıdır”
Tarix: 19-08-2022 13:36 | Bölmə: Dünya
Ərdoğan: "Rusiya sabitlik naminə bu addımı atmalıdır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin ondan nə xahiş etdiyini açıqlayıb.

“CNN Türk”xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Zaporojyenin təsadüfi məsələ olmadığını deyib.

Ərdoğan bildirib ki, hazırda ərazidə ukraynalı mütəxəssislər var: “Zelenskinin bizdən istədiyi Zaporojyenin Rusiya minalarından təmizlənməsi və mövcud durumda təhdidin azalmasıdır. “Çernobılın təkrarlanmasını istəmirik” deyəndə də bunu nəzərdə tutmuşdum. Bu mövzuda Rusiya prezidenti Vladimir Putinlə danışacağam. Rusiya dünyadakı sabitlik naminə bu addımı atmalıdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}