MN: "Rusiyanın indiyədək 45550 hərbçisi öldürülüb"
Tarix: 23-08-2022 10:39 | Bölmə: Dünya
MN: "Rusiyanın indiyədək 45550 hərbçisi öldürülüb"

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Reyting.az 
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 45550 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1921 tankı, 4238 zirehli döyüş maşını, 1033 artilleriya sistemi, 266  RYAS-i (reaktiv yaylım atəş sistemi), 146 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 198 helikopteri, 3150 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 815 dronu, 196 qanadlı raket və 99  xüsusi texnikası məhv edilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}